Universitetlərarası I kitabxana Formu

Universitetlərarası I kitabxana Formu

28 noyabr 2019 -cu il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində” Universitetlərarası I kitabxana Formu” keçirilmişdir.Form “Akademik kitabxanaların inkişaf perspektivləri: 24/7 modelindən yeni hədəflərə doğru”mövzusunda elmi-praktik konfrransla öz işinə başlamışdır.Respublikada ilk dəfə keçirilən bu tədbirdə Təhsil və Mədəniyyət nazirliklərinin nümayəndələri, ali məktəb rektorları, Milli Məclisin deputatları, aparıcı kitabxanaların rəhbərləri iştirak ediblər.

Formda Azərbaycan Dövlət Pedaqoji Universitetini rektor professor Cəfər Cəfərov, rektorun müşaviri Ümüd Mehdiyev , Kİtabxana İnformasiya Mərkəzinin direktoru vəzifəsini icra edən Zinharə Həsənova və Elektron kataloq və elektron resurs şöbəsinin proqramisti Mehman İmanov təmsil etmişdir.Form iştirakçıları UNEC -in Kitabxana İnformasiya Mərkəzinin 24/7 kitabxanasının 1 yaşına həsr olunmuş fləşmobu izləmiş və UNEC -in 24/7 kitabxanası ilə tanış olmuşlar.

UNEC-in rektoru, professor Ədalət Muradov müasir təhsil sistemində klassik kitabxana modelinin artıq effekt vermədiyini bildirib. O, təhsilin keyfiyyətinin artırılması, qloballaşan dünyada kitabxanaların hər kəsə əlçatanlığının təmin edilməsi üçün universitet kitabxanalarının çağdaş, innovativ sistemlərlə ayaqlaşmasının zəruriliyini vurğulayıb.

 

Formda ali təhsil müəssisələrinin kitabxanalarının XXI ci əsrdə qarşılaşdıqları əsas problemlər səsləndirilmiş,perspektivlər və hədəflər ətrafında diskussiyalar aparılmışdır.

Azərbaycan Dövlət İqtisad Universitetində təşkil olunan ” Universitetlərarası I kitabxana Formu” 29 noyabr 2019 -cu il tarixindədə davam etməkdədir.