Kitabxana İnformasiya Mərkəzinin həftəlik hesabatı (16 -20 dekabr 2019 cu il)

Kitabxana İnformasiya Mərkəzinin həftəlik hesabatı (16 -20 dekabr 2019 cu il)

16 -20 dekabr 2019 cu il tarixindən Kitabxana -İnformasiya Mərkəzinə 17 oktyabr 2019-cu il tarixində ADPU-nun Analitik və üzvi kimya kafedrasının müdiri Kimya elmləri doktoru Əli Zalov və həmin kafedranın dosenti kimya üzrə fəlsəfə doktoru Kərim Quliyev tərəfindən Kitabxana-İnformasiya Mərkəzinə 66 nüsxə kimya elminə dair dərslik və dərs vəsaiti hədiyyə olunmuşdur.Həmçinin Ədəbiyyatın tədrisi metodikası kafedrasından 2 adda 11 nüsxə, Kompüter elmləri kafedrasından 5 adda 74 nüsxə dərslik və dərs vəsaitləri hədiyyə olunmuşdur.

Həftə ərzində ictimai elmlər üzrə xidmət şöbəsinə 302 oxucu müraciət etmiş,oxuculara 172 nüsxə dərslik və dərs vəsaiti verilmişdir.

Humanitar elmlər üzrə xidmət şöbəsinə isə 260 oxucu müraciət etmiş,onlara 186 nüsxə kitab verilmişdir.Humanitar elmlər üzrə xidmət şöbəsinə oxucular tərəfindən 326 nüsxə kitab geri qaytarılmışdır.

Kitabxana -İnformasiya Mərkəzinin əsas binasının oxu zalına müraciət etmiş 279 oxucuya 391 kitab verilmişdir.

Elektron resurslar və elektron kataloqun təşkili şöbəsinə 27 oxucu müraciət etmişdir.Daxil olmuş 1 kitab və 130 magistr dissertasiyası elektron kataloqa daxil edilib,2 nüsxə kitabın elektron versiyası hazırlanmışdır.Həftə ərzində oxucular müxtəlif jurnallardan istifadə etmişdirlər.Daxil olunmuş gündəlik rəsmi qəzetlər 24 şöbəyə paylanmışdır.Kitabxana İnformasiya Mərkəzinin rəsmi saytına və facebook səhifəsinə  həftə ərszində hazırlanmış elektron resurslar,mərkəzə daxil olmuş yeni nəşrlər barədə məlumatlar yerləşdirilib.

Bibloqrafiya və informasiya şöbəsinin xidmətindən 35 oxucu- 56 magistr dissertasiyasından, 7 namizədlik dissertasiyasından istifadə etmişdir.

Kitabxana -İnformasiya Mərkəzinin 2,3,4 saylı tədris binalarında yerləşən xidmət şöbələrinə ümümilikdə 370 tələbə müraciət etmiş və onlara 312  sayda kitab verilmişdir.