HƏQİQƏTİN ONOMASTİKASI. İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırilması

HƏQİQƏTİN ONOMASTİKASI. İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırilması

Bakı Beyməlxalq Multikulturalizm Mərkəzi  tərəfindən ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinə İbrahim Bayramov və Nazim Mustafanın müəllifı olduğu

“HƏQİQƏTİN ONOMASTİKASI. İndiki Ermənistan Respublikası ərazisində tarixi-coğrafi adların dəyişdirilməsi və saxtalaşdırilması”  adlı  kitabı hədiyyə olaraq daxil olmuşdur.Kitab  erməni vandalizminin və erməni saxtakarlığının ən bariz nümunələrindən birinə- tarixi Azərbaycan torpaqlarında,indiki Ermənistan Respublikası ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların izlərinin silinməsi üçün bizə məxsus 1600-ə yaxın toponim,hidronim,oronimlərin kütləvi şəkildə dəyişdirilməsi və saxtalaşdırılması,bir çox yaşayış məntəqələrinin isə məqsədli şəkildə yer üzündən silinməsi faktlarına həsr olunmuşdur.Mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitabda Ermənistanda azərbaycanlıların ata-baba yurdu olan 737 yaşayış məntəqəsinin,ləğv edilmiş 499 kənd və qəsəbənin, adları dəyişdirilmiş 704 inzibati vahidin,231 oronimin,116 hidronimin,137 yaylaq və qışlağın toponimlərinin tarixi və izahı verilmişdir.