Elektron resurslar və elektron kataloq şöbəsi

 Məhyəddinova Arifə
Şöbə müdiri

 Qasımova Türkan 
Baş kitabxanaçı

Rəsulova Əsmət
Kitabxanaçı

 Əhmədova Zülfiyyə
Kitabxanaçı

Səmədbəyli Bəyaz
Kitabxanaçı

İmanov Mehman
Proqramçı

Elektron kitabxanalar haqqında elmi fikirlər son illərdə yaranmışdır. XX əsrin 50-ci illərindən başlayaraq elektron kitabxanaların yaradılması və təcrübi olaraq reallaşdırılması üçün milli və transmilli proqram layihələr işlənmiş, təqribən 90-cı illərin əvvəllərindən həmin kitabxanalar fəaliyyət göstərməyə başlamışdır.

Elektron  kitabxanaların yaradılmasının bir neçə obyektiv səbəbi vardır:

-İstifadəçi müəyyən kitabxanaya gəlmədən, istənilən coğrafi ərazidə yerləşməsindən asılı olmayaraq həmin kitabxananın elektron resurslarından istifadə edə bilir

-Elektron kitabxana ən qiymətli və nadir nüsxəli ədəbiyyatın mühafizə edilməsi;

-Çap əsərlərinin istənilən yerdə oxunması;

-Elektron kitabxanaların”qapısı” nın heç vaxt bağlı olmaması.

Azərbaycanda ilk dəfə 2004-cü ildə elektron kataloq  Prezident Kitabxanasında yaradılıb.

İnternet istifadəçisi kitabxananın Web səhifəsi vasitəsilə onun elektron kataloqundan və digər elektron resurslarından istifadə edə bilər.

2019 -cu il iyul ayından Kitabxana İnformasiya Mərkəzinin rəsmi saytı fəaliyyətə başlamışdır.Saytın menyu bölməsində “Ana səhifə”,  “Elm və innovasiyalar üzrə prorektorluq”,”Struktur”,”Elektron kitabxana”,”Əlaqə” bölməsi yerləşdirilmişdir.

Sayt sərbəst fəaliyyət göstərir ,istifadəçilər bu sayta daxil olmaqla kitabxana haqqında məlumat ala bilər və elektron kataloq vasitəsi ilə Online rejimində daha operativ axtarış apara bilərlər.Təqdim olunmuş saytda kataqoriyalar üzrə çoxlu sayda dərslik , dərs vəsaitlərinin PDF -ləri yerləşdirilmişdir.

Rusiya Federasiyasının ELNİT Assosiasiyasının İRBİS-64 AKİS-Kitabxana İnformasiya Sistem fondun komplektləşdirilməsindən tutmuş, kitab verilişinədək bütün kitabxana proseslərinin avtomatlaşdırılmasını təmin edir.

1.İRBİS-64 AKİS-dünyanın 20-yə yaxın ölkəsində 1500-dən artıq kitabxanada tətbiq edilir. Bu avtomatlaşdırılmış idarə etmə sistemi informasiya və kommunikasiya texnologiyaları sahəsində bütün beynəlxalq tələblərə və müasir kitabxana-biblioqrafiya standartlarına və formalarına cavab verir.

2.Bütün lokal şəbəkələrdə işləyir.

3.Koorporativ kitabxana sistemlərinə və texnologiyalarına inteqrasiya edilə bilir.

4. Web texnologiyası və Z39.50 protokolu ilə uzlaşır.

5.UNİMARC,USMARC,MARC21,RUSMARC formatlarına tam uyğundur.

6. İRBİS-AKİS Beynəlxalq AKİS-lərin formatlarını konfertasiya edir.

7. İRBİS-AKİS Beynəlxalq AKİS-lərə konvertasiya edilir.

8.İBİS-AKİS DÜL təsnifat sistemlərini,web formatda İSO,XML,UTF8, Windows-1251, cp 866 və digər formatlarla uzlaşır.

9.İRBİS AKİS də “Komplektləşdirici”, “Kataloqlaşdırıcı”, “ Oxucu”, “Kitabverilişi” və “İnzibatçı” avtomatlaşdırılmış  iş yerləri fəaliyytə göstərir.