Noyabrın- 12də Azərbaycan Dövlət Pedaqoji Universitetinin 2 –ci tədris binasında Kitabxana İnformasiya Mərkəzinin oxu zalında Kitabxana İnformasiya Mərkəzinin rəsmi saytının təqdimatı təşkil edilmişdir. Tədbirdə Tarix və Coğrafiya fakültəsinin tələbə və müəllim heyəti, fakültə dekanı dosent Asif Axundov, dekan muavinləri Habil Həsənov ,Əsgərova Mətanət, kafedra müdirləri Əhmədova Naibə, Alxasov Oktay,İsayev İramin, Kitabxana İnformasiya Mərkəzinin əməkdaşları iştirak etmişlər.



Tədbiri giriş sözü ilə Kitabxana İnformasiya Mərkəzinin Baş kitabxanaçısı əməkdar mədəniyyət işçisi Rəna Hüseynova açaraq bildirmişdir ki, Kitabxana-İnformasiya Mərkəzinin Elektron saytının yaranmasının əsas məqsədi və hədəfi tələbələr üçün virtual aləmdə oxuculuq qabiliyyəti aşılamaqdır.Eyni zamanda kitabxanamızda sərgilərin keçirilməsi ənənəvi hal almışdır. Kitabxana İnformasiya Mərkəzinin rəsmi saytının təqdimatından öncə qonaqlar Azərbaycan Milli Elimlər Akademiyası tərəfindən kitabxanaya hədiyyə edilmiş kitabların sərgisi ilə tanış olmuşlar. Rəna xanım mütamadi olaraq kitabxanaya daxil olan kitablar haqqında tədbir iştirakçılarına məlumat vermişdir.Sərgi ilə tanışlıqdan sonra Kitabxana İnformasiya Mərkəzinin proqramçısı Mehman Kitabxana İnformasiya Mərkəzinin rəsmi saytını təqdim etmişdir. Mehman İmanov qeyd edib ki, təqdim olunan saytın menyu bölməsində “Ana səhifə”, “Elm və İnnovasiyalar üzrə prorektorluq”, “ Struktur”, “Elektron kitabxana”, və “Əlaqə” bölməsi yerləşdirilmişdir. Təqdim olunan sayt sərbəst fəaliyyət göstərəcək. İstifadəçilər bu sayta daxil olmaqla kitabxana haqqında məlumat ala bilər və eyni zamanda elektron kataloq vasitəsilə On-line rejimdə daha operativ axtarış apara bilərlər. Təqdim olunmuş saytda çoxlu sayda dərslik, dərs vəsaitlərinin PDF-ləri yerləşdirilmişdir. Elektron kitabxana bölməsi “Elektron kataloq”, “Elektron kitab”, “Audio-video dərslər”, və “Biblioqrafik göstəricilər” sub menyularından ibarətdir. M.İmanov elektron kataloq haqqında məlumat verərək bildirib ki, Kitabxana-İnformasiya Mərkəzinin azərbaycan dilində, latın əlifbası ilə olan fondu tam elektron kataloqa daxil edilmiş və bu proses hal-hazırda davam etdirilir. Kitabxanada azərbaycan, rus və ingilis dilində olan dissertasiyalar, avtoreferatlar, biblioqrafik göstəricilər kataloqa daxil edilmişdir. Bu proses “İRBİS-64” avtomatlaşdırılmış kitabxana informasiya sistemi ilə həyata keçirilir. Eyni zamanda kitabxanada mövcud olan nadir kitabların siyahısı saytda yerləşdirilmişdir. Saytla bağlı Mətanət Əsgərova,Oktay Alxasovun və tələbələrin maraqlandıqları suallar cavablandırılmış təkliflər müzakirə olunmuşdur.Sonda Rəna Hüseynova tədbir iştirakçılarına təşəkkürünü bildirmişdir .