Azərbaycan Dövlət Pedaqojı Universitetinin Filologiya fakültəsinin dekanı professor Mahirə Hüseynova yeni nəşr olunmuş “MİSSİYA”adlı kitabını Kitabxana-İnformasiya Mərkəzinə hədiyyə etmişdir

Azərbaycan Dövlət Pedaqojı Universitetinin Filologiya fakültəsinin dekanı professor Mahirə Hüseynova yeni nəşr olunmuş  “MİSSİYA”adlı kitabını Kitabxana-İnformasiya Mərkəzinə hədiyyə etmişdir

Azərbaycan Dövlət Pedaqojı Universitetinin Filologiya fakültəsinin dekanı professor Mahirə Hüseynova yeni nəşr olunmuş  “MİSSİYA”adlı kitabını Kitabxana-İnformasiya Mərkəzinə hədiyyə etmişdir.Kitabin elmi redaktoru və ön sözün müəllifi akademik İsa Həbibbəyli¸elmi məsləhətçi tarix elmləri doktoru professor Cəfər Cəfərovdur.

Məllifin təqdim etdiyi “Missiya” kitabında  müasir dövlətçiliyimizin memari ümümmilli lider Heydər Əliyevin çoxşaxəli ictimai-siyasi fəaliyyəti, Azərbaycan dilinin qorunması və inkişafı, onun dövlət dili səviyyəsinə qaldırılması, xalqının ədəbiyyat və mədəniyyətinə, həmçinin ədəbiyyat və mədəniyyət xadimlərinə qayğisı ilə bağlı aktual məsələlər araşdırılmışdır.Böyük dövlət adamı, ictimai-siyasi xadiminin həyat və fəaliyyətinin  1969-1993-cü illərini əhatə edən kitabda ümümmilli liderin ölkəmizdə elm və təhsilin, ədəbiyyat və mədəniyyətimizin inkişafı ilə bağlı gərgin və məhsuldar əməyini əks etdirən faktlar yer alir.Təqdim olunmuş kitab Mərkəzin oxu zalında təşkil olunmuş “Yeni kitablar” adlı sərgidə nümayiş olunaraq, oxucuların istifadəsinə veriləcək.