“Azəbaycan Dövlət Pedaqoji Universitetinin Rektorları”

“Azəbaycan Dövlət Pedaqoji  Universitetinin  Rektorları”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin  Kitabxana –İnformasiya Mərkəzinə  Universitetin professoru Fərrux Rüstəmovun müəllifi olduğu “Azəbaycan Dövlət Pedaqoji  Universitetinin  Rektorları” adlı kitabı daxil olmuşdur. Kitab Azərbaycan  Dövlət  Pedaqoji  Universitetinin 100 illik yubileyinə həsr olunmuşdur. Layihənin rəhbəri və “Ön söz”-ün müəllifı Azərbaycan Dövlət Pedaqoji  Universitetinin rektoru, tarix üzrə elmlər doktoru, professor Cəfər Cəfərov, elmi redaktoru  Azərbaycan Pedaqoji Universitetinin elm və innovasiyalar üzrə prorektoru, fizika –riyaziyyat elmləri doktoru, professor Asəf Zamanovdur.

          Kitabda Azərbaycan Dövlət Pedaqoji Universitetinin təşkilində, inkişafında və idarə edilməsində mühüm xidmətləri olan 31 rektor ( direktor), həmçinin Ali Pedaqoji İnstitutunun nəzdindəki A.Şaiq “ Nümunə məktəbi”-nin müdiri  Qafar Əfəndizadə, Ali Pedaqoji Qadın  İnstitutunun ilk və son direktoru Sara  xanım Xuramoviç haqqında oçerklər verilmişdir.