ADPU-nun Kitabxana İnformasiya Mərkəzində “Nizami Gəncəvi -880” adlı kitab sərgisi

ADPU-nun Kitabxana İnformasiya Mərkəzində “Nizami Gəncəvi -880” adlı kitab sərgisi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kitabxana İnformasiya Mərkəzində Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin kitab sərgisi təşkil edilib.

Sərgidə Nizami Gəncəvinin “Xəmsə” si , şairin həyat və yaradıcılığı haqqında yazılmış Azərbaycan və rus dilində monoqrafiya , elmi əsərlər o cümlədən Yevgeni Bertelsin “Nizami “,Aqafanqel Krımskiy “Nizami i eqo sovremenniki” əsərləri vardır.

Hal hazırda Mərkəzin kitab fondunda Nizami Gəncəvinin kiril əlifbası ilə 76 adda 326 nüsxə rus dilində 51 adda 180 nüsxə , Latın əlifbası ilə 24 adda 398 nüsxə kitabı vardır.Həmçinin şairin irsi araşdırmaları haqqında yazılmış kiril əlifbası ilə 40 adda , rus dilində 8 adda Latın əlifbası ilə 25 adda elmi əsərlər mühavizə olunur.