ADPU-da “SABAH” magistratura proqramı və Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramı çərçivəsində yeni kitabxana tələbələrin istifadəsinə verilmişdir.

ADPU-da “SABAH” magistratura proqramı və Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramı çərçivəsində yeni kitabxana tələbələrin istifadəsinə verilmişdir.

Oktyabrın 4-də Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov  Universitetin “SABAH” magistratura proqramı və Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramının 2021/2022-ci tədris ilində qəbul olunan tələbələri ilə görüş keçirib. Görüşdən öncə nazirliyin müvafiq strukturlarının rəhbərləri, ADPU-nun müvafiq prorektorları və şöbə müdirləri  magistrantlar üçün yaradılan tədris şəraiti və yeni kitabxana ilə yerində tanış olublar.