30 dekabr 2020 -ci il tarixində ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinin 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir.

30 dekabr 2020 -ci il tarixində ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinin  2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir.

İclasda Mərkəzin əməkdaşları iştirak etmişdir.

İclası giriş sözü ilə açan Kitabxana-İnformasiya Mərkəzinin direktor v.i.e. Zinharə Həsənova ötən ilin Mərkəz üçün uğurlu il olduğunu vurğulamışdır. O, çıxışında universitet rəhbərliyinin kitabxanaya olan diqqət və qayğısı, tövsiyyə və tapşırıqlarından, eyni zamanda tabeliyində olduğumuz prorektorluğun tələbkarlığı və ciddiyəti nəticəsində cari ildə bir neçə ilklərə imza atıldığını qeyd etmişdir.

Qeyd olunmuşdur ki, ilk dəfə olaraq 2019-cu ildə ilk dəfə mərkəzimizin rəsmi saytı hazırlanmış və rəhbərliyin iştirakı ilə təqdimatı keçirilmişdir. Təqdim olunmuş sayt sərbəst fəaliyyət göstərəcəkdir. İstifadəçilər bu sayta daxil olmaqla kitabxana haqqında məlumat ala bilər, eyni zamanda elektron kataloq vasitəsilə On-line rejimdə daha operativ axtarış apara biləcəklər. Azərbaycan Respublikasının qanunvericiliyi, beynəlxalq hüquq normaları əsasında və müəllif hüquqları qorunmaq şərti ilə təqdim olunmuş saytda çoxlu sayda dərslik, dərs vəsaitləri scan olunaraq pdf halına salınmışdır.Kitabxana-İnformasiya Mərkəzinin rəsmi saytında audio-video dərsliklər bölməsi yaradılaraq yeni tədris ilində Elektron resurs və elektron kataloq şöbəsinin daxilində yaradılması nəzərdə tutulan mini studio üçün hazırlıq işlərinə başlanmışdır.

 

Eyni zamanda ilk dəfə olaraq universitetin professorlarından Fiziologiya kafedrasının professoru Məmməd Qarayev və ADPU –nun Elmi Tədqiqat Mərkəzi Fundamental Tədqiqatlar bölməsinin böyük elmi işçisi dosent Əmrəli İsmayılovun  şəxsi kitabxanaları Mərkəzə hədiyyə olunmuşdur.

Cari ildə Mərkəzə Azərbaycan Respublikası Prezident Administrasiyasından 6 adda (28 nüsxə), Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf  Fondundan 6 adda (58 nüsxə), Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 233 adda (527 nüsxə) I-XI siniflər üçün dərsliklər, dərs vəsaitləri, 109 adda (1600 nüsxə) Azərbaycan klassiklərinin əsərləri və dünya ədəbiyyatına dair bədii əsərlər, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutundan 67 adda (118 nüsxə), AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutundan 1 adda (2 nüsxə), AMEA-nın akademik Y. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutundan 11 adda (11 nüsxə), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən 1adda (20nüsxə), Qazaxstanın Azərbaycandakı Səfirliyindən 1 adda (10 nüsxə), ADPU-nun Türksoy kafedrası tərəfindən 6 adda (40 nüsxə), bir çox təşkilat, müəssisə və ayrı-ayrı müəlliflər tərəfindən kitablar hədiyyə olunmuşdur.

ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinin fondunun zənginləşdirilməsi məqsədilə Universitetin rektoru professor Cəfər Cəfərov tərəfindən  25 adda  (26 nüsxə), Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov tərəfindən  müəllifi olduğu 3 adda (31 nüsxə), həmçinin 33 adda (39 nüsxə) kitablar hədiyyə olunmuşdur. Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova 18 adda (56  nüsxə) elmi və bədii kitablarını Mərkəzə hədiyyə etmişdirlər.

Eyni zamanda, Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının dosenti, p.ü.f.d. Soltan Hüseynoğlu və Fizikanın tədqiqat texnologiyası kafedrasının dosenti, f.ü.f.d. Tacəddin Vahidov, Analitik və üzvü kimya kafedrasının müdiri, k.ü.f.d Əli Zalov və həmin kafedranın dosenti k.ü.f.d. Kərim Quliyev tərəfindən Mərkəzə kitablar bağışlanmışdır.

Hesabat ilində Mərkəzə daxil olmuş ADPU-nun nəşrlərindən olan “Pedaqoji Universitetin Xəbərləri” jurnalının “Riyaziyyat və təbiət elmləri” seriyası, “Humanitar, ictimai və pedaqoji-psixoloji elmlər”  seriyası,  “Tarix, insan və cəmiyyət” elmi-nəzəri və elmi-metodik jurnalı, “Musiqi elmi, mədəniyyəti və təhsilin aktual problemləri” jurnalı, “Təhsildə İKT” və s. jurnallar professor-müəllim heyətinin daim müraciət etdiyi resurslardan olmuşdur.

Abunə yolu ilə «Ректор ВУЗа», «Вопросы обрaзования», «Инновации в обрaзовании»,  «Ученный совет» jurnalları  Mərkəzə  daxil  olmuşdur.

Həmçinin hesabat ilində 12 tədbir, 11 əlamətdar və tarixi günlərə dair fərdi sərgi, 1 daimi sərgi təşkil olunmuşdur.Daimi sərgi dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubiley ilə əlaqədar olaraq təşkil edilmişdir.Qeyd olunmuşdur ki, hal-hazırda Mərkəzin kitab fondunda İmadəddin Nəsiminin 310 nüsxə Azərbaycan dilində, 19 nüsxə rus dilində kitabları mövcuddur.Cari ildə mətbuat səhifələrində dərc olunmuş 72 məqalənin kartatekası tərtib olunmuşdur.

Yaz və qış imtahan sessiyası zamanı Kitabxana-İnformasiya Mərkəzi saat 8.30-dan 21.00-dək  oxuculara  xidmət etmişdir.

Hesabat ilində Kitabxana-İnformasiya Mərkəzi 4 tədris binasında 5 xidmət şöbəsi və 4 oxu zalı ilə oxuculara xidmət etmişdir.

Cari ildə Mərkəzə 4897 nüsxə kitab daxil olmuşdur.

Kitabxana-İnformasiya Mərkəzinin fondunun ümumi sayı 742113 nüsxə, oxucularının sayı 11544 nəfər olmuşdur. Bunlardan: 750 nəfəri professor-müəllim heyəti 10724 nəfəri tələbə, 70 nəfər isə texniki işçilər olmuşdur.

Cari ildə kitabxanaya 59500 oxucu gəlmiş (kitabxana abonementləri, oxu zalları və digər bölmələri nəzərdə tutulur), onlara  234213  nüsxə kitab verilmişdir.

Kitabxana-İnformasiya Mərkəzinin direktor v.i.e. Zinharə Həsənova iclasın sonunda qeyd etmişdir ki, kitabxana əməkdaşları ADPU-nun kitabxana İnformasiya Mərkəzinin daha da inkişaf etməsi üçün çalışırlar. Qarşıya qoyulan məqsəd ondan ibarətdir ki, inkişafda olan elm dünyasında oxucuların maariflənməsində kitabxanamızın qüsursuz xidməti olsun.